Lənkəranski barədə şok məlumat - 15 gün əvvəl...

 
Qətlə yetirilməmişdən 15 gün əvvəl Türkiyə polisi Rövşən Lənkəranskini saxlayıb. Amma qanuni oğru polisdə çox qalmayıb.
 
Axar.az xəbər verir ki, bu barədə Yeni Müsavat qəzetinə yaxın mənbə məlumat verib.
 
Mənbənin sözlərinə görə, Lənkəranskinin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyasının ən məhşur şəxslərindən olan Sədat Pekər işə qarışıb. Milliyyətçi cameədə də yaxşı tanınan S.Pekər Lənkəranskinin azad olunmasına nail olub.
 
S. Pekəri Türkiyə mediası yeraltı dünyanın sahiblərindən biri, mafiya babası kimi təqdim edir. Sedat Peker 2007-ci ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya şəbəkəsi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı “Ergenekon” məhkəməsində  ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb.
 
Onun Azərbaycana da xüsusi sevgisi olduğu məlumdur. Lənkəranskini İstanbul polisinin niyə saxladığı məlum deyil. Amma S.Pekərin qanuni oğrunun azadlığa buraxılması üçün xüsusi rolu olduğu, bir neçə gün sonra isə kürdlər tərəfindən qətlə yetirilməsi barədə iddialar maraq doğurur.