​Lənkəran meşələrindən başlayan baronluq – “Ölüm taciri”nin dahiliyi

 
Krım müharibəsi zamanı Rusiya ordusuna silah istehsal etmək üçün ağac arxasınca Azərbaycana gələn, daha sonra Bakı nefti üzərində səltənətini quran Nobel qardaşlarından Alfred haqda maraqlı informasiya yayılıb.
 
Publika.az xəbər verir ki, bu gün adına “Nobel” mükafatı olan Alfred öz qardaşının ölümünə səbəb olub.
 

Belə ki, dinamiti kəşf edən Alfred bu kəşfinə qədər bir çox sınaqlar keçirib. Belə sınaqlardan birində baş verən partlayış nəticəsində öz qardaşı və dörd nəfərin ölümünə səbəb olub. Lakin o, qardaşının ölümünə səbəb olsa da, öz araşdırmalarınmı dayandırmayıb və bu gün silahların təməlini atdı.
 
A. Nobel adına bu gün sülh mükafatı verilsə də, onun yaşadığı dövrdə insanlar tərəfindən sevilmədiyi deyilir. Təsadüfi deyil ki, o, öləndə qəzetlər “Ölüm taciri öldü” (Le marchand de la mort est mort) manşeti ilə dərc olunub.
 
 
Qeyd edək ki, Nobel qardaşları avtomat qundaqları üçün keyfiyyətli ağac axtarışına çıxaraq Azərbaycana gəliblər. Onlar bu işi Lənkəran meşələrində aparıblar. Daha sonra Bakı nefti ilə qarşılaşan qardaşlar neft baronu olacaq qədər varlanıblar. Onlar haqda ziddiyyətli məlumatlar var, lakin onları dahi adlandıranlar da az deyil. Xüsusilə Alfred Nobel dünya elm sahəsinə öz töhfələrini verən şəxs kimi tanınır.
 
Digər maraqlı məqam Nobel Fondunun bu gün də silah firmalarına sponsorluq etməsidir. Yayılan məlumatlara görə, fond ABŞ-da silah istehsalı üzrə ixtisaslaşmış “Lockheed Martin” və “Honeyvell İnternational” şirkətləri ilə yaxından əməkdaşlıq edilir.
 
 
 
“Honeyvell İnternational” firması ABŞ ordusunun İraqda istifadə etdiyi silahların istehsalçısıdır. Həmin silahlardan birinin fotosu da yayılıb.