Lənkəran kollecində müdhiş korruspiya faktları - Araşdırma

 
 
Lənkəran sakini Nizami Məmmədov Politika.Az-a sensasiya dolu məktub göndərib
 
Onun sözlərinə görə, Lənkəran Dövlət Humanitar Kollecində dövlət imtahanlarına 500 manat alınıb: “Kollecinin direktoru Ruslan Həmidov TƏLƏBƏLƏRİ KƏSRDƏ SAXLAYARAQ yeni rüşvətalma mexanizmi ilə işləyir.
 
Ülviyyə Rzayeva pulu tələbələrdən yığır. Bildirir ki, bu göstərişi ona gizli şəkildə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov verib. Qiyabi şöbənin müdiri Xuraman son kurs tələbələri kollecə çagıraraq onlara hədə-qorxu gələrək dövlət imtahalarına 300 manat verməsələr kəsiləcəklərini bildirir.
 
Xuraman Ələkbərova, musiqidə Fikrət Kərimov və müavin Aysel Mehdiyeva kəsr imtahanlarını 50 manata yazdırırlar. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan bu təhsil ocağını bazara, kimlərinsə gəlir mənbəyinə çevirib.
 
Kollecdə bufet anti-sanitariya qaydasındadır. Ruslan bufeti vergilərdən gizlədir və hər ay bufetdə Ağa adlı şəxsdən 300 manat haqq alır. Kollecin büdcəsi təyinatı üzrə düzgün bölünmür. Bu yaxınlarda bir günə sildiyi 12.000 manat dəftərxanə ləvazimatından heç kim faydalanmayıb”.
 
Politika.Az-a ünvanlanan şikayət məktubunda qeyd olunub ki, direktor musiqi şöbəsinin müdiri Fikrət adlı şəxslə birləşərək 86.000 manat pulu guya şöbənin təmirinə sərf etmiş və işə götürdüyü qohumu meyxanaçı Natiqin əli ilə xərcləyib:
 
“Kollecin psixoloqu Maya və tərbiyəvi -təşkilatçi Ülviyyə Ruslanın tapşırığı ilə kollecdə icazə işinə və diplom satmağa nəzarət edirlər. 1 günə 10 manat, 6 günə 40 manat, 15 günə 100 manat, 1 aya 200 manata icazə verilir. Aylarla dərsə gəlməyib Bakıda və Rusiyada yaşayanlar var ki, onlar aya 300 manat pul verirlər”.
 
Kollecdə dərs bölgüləri də düzgün aparılmır. Onun sözlərinə görə, direktor Ruslan Həmidov kollecdə tam ştat vəzifədə işləməsinə rəğmən, Lənkəran Dövlət Universitetində də müəllim kimi çalışır:
 
“O, kollecin baş mühasibi Azadə ilə birləşərək xüsusi vəsaitdən 180 min manat pul mənimsəyiblər. Belə ki, 140 min manatı xüsusi vəsaiğdən təyinatdan kənar köhnə binanın təmirinə xərcləyiblər.
 
Bu pulla ancaq ağartma işləri, Musiqi Şöbəsinin pəncərə və dam örtüyünü yeniləməyə sərf ediblər. Büdcədən ayrılmış 24 min manatı isə 1 günün içində dəftərxana ləvazimatları üçün xərcləyiblər.
 
Həmidov Həftoni qəsəbəsində işçisi Nadir Axundovla bir yerdə 3 hektar ərazidə özünə villa, şadlıq evi və istirahət pansionatı tikidirir. 2 ilə yaxındır direktor işəyən bir şəxsin tikinti işlərinə 700 min manat pul xərclədiyi deyilir.
 
Tikinti işlərinə də Nadir Axundov rəhbərlik edir. Lənkəranın mikrorayonlarında və mərkəzində, Sutamurovda evləri və maqazinləri olan kollec direktorunun bu qədər imkana sahib olmasının özü müəmmalıdır.
 
Ruslan Həmidovun «Şəhər İnşaat» MMC şirkətinin əliylə həyata keçirilən prosesin əsas məqsədi pul silməkdən ibarət olub. Universitetin 2 saylı tədris korpusunda abadlıq işlərinin satın alınması üçün ayrılmış 59 min manatdan da xəbəri olan yoxdur.
 
Hələ 2005-2006-cı illərdə Hesablama Palatası LDU-da yolxama apararaq, xeyli yeyinti halları aşkarlamışdı. Həmin araşdırma zamanı məlum olmuşdu ki, Ruslan Həmidov və yaratdığı «Şəhər İnşaat» şirkəti büdcə vəsaitlərinin 1 milyon manatını mənimsəyib.
 
Lənkəran şəhəri Füzuli küçəsində yerləşən, əvvəllər Lənkəran Sovxoz- Texnikumu kimi fəaliyyət göstərən təhsil ocağına məxsus tikili təmir edilərək LDU-nun balansına verilib.
 
Rektor A.İsgəndərov və təsərrüfat müdiri R.Həmidovla birləşərək, yarımçıq tikilinin panellərinin hər birini 350 manata, mişar daşlarını, dəmirdən olan hörgülərini, armaturlarını, bütün materiallarını sataraq, pula çeviriblər. LDU-nun balansında olan torpaq sahəsinin yola baxan hissələri isə iş adamlarına ya icarəyə verilib, ya da böyük məbləğ müqabilində satılıb”.