Lələtəpənin azad olunmasında iştirak edən döyüşçü həbs olundu – “Oğluma şərt atırlar”

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçisi kəşfiyyat taborunun təlimatçısı kapitan Anar Hüseynov rüşvətə təhrik etmə ittihamı ilə həbs olunub. Turkustan.info bildirir ki? bu barədə Femida.az -a Anar Hüseynovun atası Etibar Hüseynov məlumat verib. Onun iddiasına görə, oğlu günahsızdır və onun həbsdə qalması qanunsuzdur.

“Oğlum bu ilin sentyabrın 14-də Beyləqanda həbs olunub. O xüsusi təyinatlıda xidmət edirdi. Hərbçi yoldaşı bundan xahiş edib ki, ona ipoteka krediti götürməyə kömək etsin. Çünki, oğlumun bankda ipoteka krediti verən tanışı var idi. Buna görə də, hərbçi yoldaşı oğluma pul təklif edib ki, ipoteka kreditini tez almaq üçün həmin şəxsə versin. Həmin vaxt ipoteka krediti verilişi dayandırıldığı ümün bu iş alınmayıb. Anar pulu hərbçi yoldaşına qaytarmaq istəyəndə o imtina edib. Deyib ki, pul səndə qalsın, düzələnə kimi. Üstündən bir müddət keçdikdən sonra Prokurorluğa şikayət edib. Ona görə də oğlumu həbs ediblər. Halbu ki, Anar aldığı pulu könüllü olaraq hərbçi yoldaşına qaytarıb. Mən hesab edirəm ki, oğlumun həbsi qanunsuzdur. Anarın 2 uşağı var. Biri də gözdən əlildir. Özü də 18 il qüsursuz olaraq Vətənə xidmət edib. Lələtəpənin alınmasında onların da komandası iştirak edib. Xahiş edirəm ki, məhkəmələr bu işi ətraflı araşdırsın. Ədalətli qərar versinlər.”
Femida.az məsələnin hüquqi tərəflərini aydınlaşdırmaq məqsədi ilə kapitan Anar Hüseynovun vəkili ilə əlaqə saxlayıb. Vəkil Hafiz Ələsgərov açıqlmasında qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinin ilkin istintaq dövründə hüquq pozuntularına yol verilib.

“Anar Hüseynov Cinayət Məcəlləsinin 32.4 və 312.1 maddələri ilə təqsirli bilinir. Bildiyimiz kimi 32.4 maddə iştirakçılıqla baş verən cinayəti nəzərdə tutur. Yəni burada bir neçə şəxs iştirak edib. Bu işdə təkcə Anara cinayət işi açılıb. Digər şəxslər isə məsuliyyətə cəlb olunmayıb. Əgər bir şəxsə bu maddə ilə cinayət işi açılırsa, digər şəxslər də məsuliyyətə cəlb edilməlidir. Füzuli Hərbi Məhkəməsində Anar Hüsynov 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hesab edirlər ki, Anar Hüseynov hərbçi yoldaşını rüşvət verməyə təhrik edib. Halbuki, işin mahiyyətinə baxanda belə deyil. İş yoldaşı özü Anara müraciət edib ki, ipoteka kreditinin alınmasında ona kömək etsin. Sonra iş alınmadığı üçün pulu geri qaytarıb.Hətta Füzuli Hərbi Prokururluğu əvvəlcə Anar Hüseynova cinayət işinin açılmasını rədd edən qərar qəbul edib. Çünki burada cinayət tərkibi yox idi. Sonradan təkrar olaraq 32.4 və 312.1 maddələri ilə cinayət işi başlanılıb. Bu maddələrlə də o 2 il müddətinə həbs olunub. Məhkəmədə həmin şəxs izahat verib ki, Anar Hüseynov ondan aldığı pulu geri qaytarıb. Buna görə də biz Apellyasiya şikayəti verəcəyik.”