​Ələkbərovun müavininin avtoş oğlu məhkəmədə - Video

 
Vahid Ələkbərovun rəhbəri olduğu Rusiyanın “Lukoyl” şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarov “Gelandevagen” markalı avtomobili ilə sürət həddini aşaraq polisi təhqir etdiyi üçün Moskvanın Qaqarin Məhkəməsində dindiriləcək.
 
Axar.az xəbər verir ki, bu barədə RİA agentliyinə məhkəmədən məlumat verilib. “Çərşənbə günü təqsirli şəxsin ifadəsi dinləniləcək”, - açıqlamada bildirilib.
 
Şamsuarov və digər hadisə iştirakçılarının səsləndirilən ittihamlarla razılaşmadığı vurğulanıb.
 
Xatırladaq ki, hadisə bu il mayın 24-də baş verib. Ruslan Şamsuarov və onun dostları Moskva küçələrində "Mersedes Gelandevagen" markalı maşınla yol hərəkəti qaydalarını kobud surətdə pozublar, yol polisinin əmrlərinə isə tabe olmayıblar.
 
Gənclər “qəhrəmanlıqlarını” çəkərək, Yutuba yükləyiblər və sosial şəbəkələrdə ciddi etirazlar doğurub. Daha sonra gənclər məsuliyyətə cəlb ediliblər.
 
Mayın 26-da 22 yaşlı Abduvahab Məcidov həbs edilib. Daha sonra Moskva polisi "Lukoil" şirkətinin vitse-prezidenti Azad Şamsuarovun oğlu Ruslan Şamsuarovu və erməni qızı Mara Baqdasaryanı həbs edib. Qaqarin Məhkəməsi avtomobili idarə edən Məcidova 15 gün, Maraya 10 sutka, mayın 28-də isə Ruslana 15 sutka həbs cəzası verib.
 
Hazırda Abduvahab Məcidov, Ruslan Şamsuarov və Viktor Uskov “Hüquq-mühafizə əməkdaşına qarşı zor tətbiq etmə” və “Hökumət rəsmisini təhqir etmək” maddələri ilə təqsirli bilinirlər.