Əliyevlər «imperator”luğunun iç üzü

 

 
Kiminin ilin“kişisi” kimilərinin isəilin“rüşvətçisi” unvanını uyğun gördükləri bir lider, Azərbaycanın prezidenti İlham Əliyev. 2003-cü ildə bir çox uluslararası qurumun hiyləli tədbirlərini kullanaraq prezident seçkiləri ilə atası H.Əliyevin yerinə keçən oğul İlham Əliyev sonrakı seçkilərdə də yerini kimsəyə vermək istəyindən vaz keçdi. 2009-cu il referendumu ilə ölkənin Ana Yasasında prezidentin iki dəfədən artıq seçilməsinə olan yasağı ortadan qaldıraraq özünün səltənətini davam etdirmək yolunu tutdu. Sürəkli yüksəlişlərə nail olan İ.Əliyev 1982-ci ildə Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmiş, 1990-cı illərə qədər bu Universitetdə müəllim vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti olmadan öncə 1991-1994-cü illərdə Moskva və Türkiyədə ticari fəaliyyətlə məşğul olmuşdur.
 
 
1994-cü ildə ARDNŞ-nin vitse-prezidenti olan İ.Əliyev 1995 və 2000-ci illərdə Azərbaycanda keçirilən parlament seçkilərində millət vəkili kürsüsünə yiyələndi. Bütün bunlarla yanaşı atası H.Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Milli Olimpiya Komitəsinin və Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri oldu. İ.Əliyevin 2003-cü il prezident seçkilərinə qatılması və prezident seçilməsi bir təsadüf deyildi. Ölkə xaricində müalicə alan atası H.Əliyevin səhhəti qəfil pisləşdi. Prezident seçkilərinə xeyli qalmış, 2003-cü ilin avqust ayının 4-də İ.Əliyev Baş Nazir  seçilərək faktiki olaraq ölkədə rəhbərliyi ələ aldı. Ata Əliyev oğlunun iqtidardan prezidentliyə tək namizəd olmasını əvvəlcədən müəyyən etmişdi. Beləliklə, İ.Əliyev 2003-cü il prezident seçkilərində 76 faizlə “hökmdarlıq”taxtına oturdu. Əliyev hökmdarlığı 2008-ci il prezident seçkiləri və 2009-cu il referendumu ilə daha da möhkəmləndirildi. Lakin, bu günə qədər ölkədə keçirilən bütün seçkilər şəffaf keçirilməmişdir. “Topa-topa bülletenlərin atılması, total saxtakarlıqlar” seçkilərlə bağlı ölkə ictimaiyyətinin ən çox danışdığı hallardır. Bu saxtakarlıq halları kamera görüntülərində, xəbərlərdə və bir çox beynəlxalq təşkilatların hesabatlarında əksini tapsa da təəssüflər olsun ki, seçkilərin vəziyyətində irəliyə doğru dəyişən bir şey olmadı. Vəziyyətin dəyişilməsi ilə bağlı nə ölkə müxalifəti, nə də beynəlxalq ictimaiyyət bir şey edə bilmədi. 
 
Azərbaycan müxalifətinə qarşı 2003-cü ildə aparılan total repressiya kampaniyası bu düşərgəni tam aciz bir duruma saldı. Bu repressiya aparatı bu gün də müxalif düşərgəyə qarşı işləməkdədir. Hal-hazırda müxalifət liderlərindən olan İlqar Məmmədov hələ də həbsdədir. O, prezidentliyə namizəd olmasın deyə, saxta və qondarma ittihamla həbs olunub. Dubay sultanı 2003-cü ildən bu günə qədər bütün seçilərə saxtakarlıq və hiylə damğasını vurdu, amma bu heç bir şeyi dəyişdirmədi. Bu sürəc içində ata Əliyev dönəmində az-çox mövcud olan bütün özgürlüklər də yox oldu, güc tamamilə iqtidar partiyasının, daha doğrusu iqtidardakı ailənin əlinə keçdi. İlham Əliyevin illik rəsmi gəlirinin 280 min dollar olmasına baxmayaraq Əliyev malikanələri böyüdükcə böyüyür. Təkcə, oğlu balaca Heydər Dubayda 9 lyüks malikanəyə sahibdir. İ.Əliyevin qızları Arzu və Leyla isə Dubayda 30 milyonluq villalara sahibdirlər. İ.Əliyevi özünün Bodrum Yalıkavakta 13 milyon evro dəyərində bir otelin sahibidir. Vaşinqton mərkəzində yerlşən Jurnalistlərin Beynəlxalq Araşdırma Mərkəzi ilə “The Guardian”qəzetinin araşdırmalarının nəticəsi olaraq hazırlanaraq yayılan hesabatlarda İ.Əliyevin qızlarının İngiltərənin Vircin adalarında bir çox mülklərinin ortaya çıxdığı bildirilir. Ailənin ölkə xaricində sərvətlər toplumu milyardlarla ölçülür. Panama və Çex Respublikasında olan gizli şirkətlərdən, Dubaydakı malikanələrə qədər uzanan və hələ çoxları bilinməyən varlıqların sahibi olan bu ailə, orta əmək haqqının 450-500 manat olan bir ölkənin sultanlarıdır. Bunun nəticəsidir ki, 2012-ci ildə “Beynəlxalq cinayətkarlığa və korrupsiyaya qarşı Mübarizə Təşkilatı” İ.Əliyevi ilin korrupsioneri kimi dəyərləndirmişdir. Bir neçə beynəlxalq institutlar İ.Əliyevi və onun ailəsini ünlü “baba” filmində “Korleone” ailəsinə bənzədirlər. Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında isə Azərbaycan korrupsiyanın göstəricisinə görə 183 ölkə arasında 143-cü yerdə qərarlaşıb.

Çingiz Əsgərov