​ Lionel Messi Barak Obamaya hədiyyə göndərib

Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ABŞ prezidenti Barak Obamaya hədiyyə göndərib. "Report"un Argentina mətbuatına istinadən verdiyi məlumata görə, Messi üzərində B.Obamanın qızlarının adı yazılan formanı imzalayaraq Ağ Evə yollayıb.
Bir müddət əvvəl Obama Argentinaya səfər edərkən qızlarının Messinin pərəstişkarı olduğunu, lakin onunla görüşə bilmədiklərini deyib. Futbolçu isə öz növbəsində bu açıqlamaya təəccübləndiyini, özünün də görüşmək istədiyini, ancaq hələlik zamanının olmadığını deyib.