​Əlil uşağı evinə aparıb təcavüz etdi – DƏHŞƏT

Türkiyədə mağazada satıcı işləyən kişi əlil uşağı evinə apararaq təcavüz etməyə çalışıb.
Hadisə Pirimehmet məhəlləsi adlanan ərazidə qeydə alınıb. 47 yaşlı. T.K-nın davranışlarından şübhələnən ətrafdakı qonşular onu evinə qədər izləyib.
Bir neçə dəqiqə gözlədikdən sonra evə girən şəxslər T.K.-nı yarıçılpaq vəziyyətdə görərək dərhal polisə xəbər veriblər. Polis gələnə qədər isə qonşular kişini döyməkdən betər hala salıblar.
Azyaşlını hadisə yerindən uzaqlaşdıran qonşular polisə ifadəsində T.K-nın uşağı aldadaraq evinə gətirdiyini və təcavüz etməyə cəhd etdiyini desələr də, 47 yaşlı T.K haqqında irəli sürülən ittihamları rədd edib.
Hadisə ilə bağlı araşdırma başladılıb. T.K həbs edilib. Publika.az

Загрузка...
Загрузка...