“Əlil bu pulla kommunal xərclərini ödəsin, yoxsa dolansın”-DEPUTATLARDAN SƏRT İTTİHAMLAR

 
 
 “Əlillərə verilən müavinət utancvericidır”.
 
Gununsesi.info xəbər verir ki,  bu fikri millət vəkili Elmira Axundova Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, əlil ona verilən 55 mnatalıq müavinətlə necə yaşaya bilər: “Bu, sadəcə, utancdır. Ona görə də bu məsələyə mütləq baxmaq lazımdır. Onunla axı, necə yaşaamq olar?”.
Millət vəkili Aytən Mustafayeva bildirib ki, büdcə məsələsində mütləq əlillərə verilən 55 manatlıq müavinət məsləsinə baxıb qaldırmaq lazımdır: “Bu vəsaitlə əlil hansı problemini həll edə bilər ki? O, bu pulla kommunal xərclərini ödəsin, yoxsa, dolansın?”.
Komitə sədri Hadi Rəcəbli bildirib ki, bu məsələlər həssas olduğundan diqqətlə yanaşmaq lazımdır. “Büdcədə sosial müdafiə məqsədlər üçün vəsait artırılıb ki, bu da müavinətlərin artırlmasına yönəldiləcək. İndiki inflyasiya şəraitində indeksasiya məsələsi nəzərə alınacaq. Məhz sosial müavinətlərin, pensiyaların artırılması məqsədi ilə büdcədən ayırmalar nəzərdə tutulub” –deyə, komitə sədri vurğulayıb.
Bununla belə komitə sədri bildirib ki, növbəti ildə ehtiyac meyarında artım olmasa da, yaşayış minimumunda artım olacaq:
“Odur ki, növbəti ildə ünvanlı sosial yardımlarda artım gözlənilmir”.