​Lider TV-də qalmaqal: deputatla tarixçi mübahisəsi – Video

Baxış sayı: 
195
0  
0  

 
Lider TV-də yayımlanan “Status” verilişinin canlı efirində gərgin anlar yaşanıb.
 
Kult.az xəbər verir ki, gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimliyə etirazı ilə başlayıb. D.Əzimli Babəkin Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib. O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib. Lakin F.Mustafa bu mənbələrin “gop” olduğunu deyib.
 
D.Əzimli isə onun bu ifadəni işlətməsinin “ayıb” olduğunu dilə gətirib.
 
Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.
 
***
 
Olayın mediada "tarixçi alim deputata savadsız dedi" başlığı ilə yayılmasına isə Fazil Mustafa sosial şəbəkə hesabından sərt reaksiya verib. O bildirib ki, verilişdə işlədilməyən sözün başlıqlara daşınması və videoya baxmadan jurnalistlərin bunu tirajlaması ciddi qüsurdur.

Загрузка...
Загрузка...