​Əli Mirəliyev: “Ay bala, o, onun oğlu deyil!”

 
İlhamə onu övladlığa sənədlə qəbul etməmişdi.
 
Bu sözləri əməkdar artist Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov haqda Axar.az-a danışarkən deyib. O, Orxanın İlhamə xanımın oğlu olmadığını bildirib:
 
“Bu nədir axı?! Bütün jurnalistlər, hamı Orxanın İlhamənin oğlu olduğunu deyir. Ay balam, o, İlhamənin oğlu deyil, oğludursa, hanı sənəd? İlhamə onu övladlığa sənədlə qəbul etməmişdi. Onun öz anası da var, atası da! Bəsdirin, yığışdırın bu söhbətləri”.