Əli Laricani yenidən İran parlamentinin spikeri seçilib

Əli Laricani İran Məclisinin (Parlament) spikeri seçilib.
“Report” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
"Bu gün Əli Laricani səs çoxluğu ilə Məclisin spikeri seçilib. Ona deputatların 173 nəfəri səs verib", - deyə məlumatda bildirilir.
Agentliyin məlumatına görə, digər namizəd – “Ümid” fraksiyasının liderinə 103 deputat səs verib.