Əli Kərimlinin yaşadığı binanın qarşısında yenə etiraz aksiyası keçirilib - bu dəfə qohumları

Bu gün Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında növbəti etiraz aksiyası keçirilib.
 Turaninfo.az APA-nın xəbərinə istinadən, bu dəfə Ə. Kərimlinin qohumları onun evinin qarşısına toplaşıb. Onlar cəbhədə baş verən son döyüşlərlə bağlı Ə. Kərimlinin səsləndirdiyi fikirlərə etiraz ediblər. Partiya sədrinin qohumları Ermənistan mətbuatının Ə. Kərimlinin fikirlərə istinad etməsini pisləyib.
 Aksiyada  “Ar olsun!” şüarı səsləndirilib.
 Aksiyanın qarşısı polisin müdaxiləsi ilə alınıb.