ƏLİ KƏRİMLİNİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI

Azərbaycan prokurorluğu AXCP sədri Əli Kərimlinin bacanağı Rauf Hüseynovun barəsində beynəlxalq axtarış elan edib.
 
Turaninfo.org  Turan-a istinadən xəbər verir ki, o, xaricdə siyasi sığınacaq almaq üçün saxta sənəd düzəltməkdə ittiham olunur.
 
Ancaq AXCP R.Hüseynova qarşı ittihamları rədd edir. Partiyanın mətbuat xidmətinin məlumatına görə, R.Hüseynov uzun illərdir ki, partiyanın üzvüdür, Milli Şuranın mitinqlərində fəal iştirak edib. O, mitinqlərin texniki təchizatına (səsgücləndiricilərin quraşdırılması və digər məsələlər) məsul şəxs olub.
 
Müxalifətin 2016-ci il 11 sentyabr mitinqindən sonra AXCP funksionerlərinə qarşı kütləvi təzyiqlər başlayıb. O zaman 254 nəfər polisə çağırılmışdı. Onların bəzisi saxlanılmışdı. Onların arasında R.Hüseynov da vardı.
 
Çoxsaylı təzyiqləri, Ə.Kərimlinin qaynı Elnur Seyidovun həbsini, Qənimət Zahidin qohumlarına, Emun Milli, Natiq Adilov və digərlərinə qarşı repressiyaları nəzərə alan E.Hüseynov ölkəni tərk etməli olub.
 
Ə.Kərimli bacanağına qarşı cinayət işini öz qohumlarına qarayaxma kampaniyası kimi qiymətləndirib.

Загрузка...
Загрузка...