Əli Kərimlinin apellyasiya şikayəti təmin edilmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və həmin partiyanın sədri Əli Kərimlinin AXCP-nin qurultayının nəticələrinin tanınmaması ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
"Report”un məlumayına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib
Qeyd edək ki, 2015-ci il sentyabrın 27-də AXCP-nin qurultayı keçirilib. Açıq səsvermə ilə Ə.Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarıb. AXCP və Ə.Kərimli həmin qərardaddan apellyasiya şikayəti verib.
\Xatırladaq ki, Ədliyyə Nazirliyi eyni qərarı Razi Nurullayevlə də bağlı verib. Nazirlik R.Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirdiyi etimad qurultayının nəticələrini tanımayıb. O, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, iddia icraata götürülməyib. R.Nurullayev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin məhkəmə R.Nurullayevin müraciətini təmin etməyib.