​Əli Kərimli xalqa çağırış etdi: “Üzləşdiyimiz fəlakətdən çıxmaq üçün…”

 
“Vətənimizin və millətimizin taleyinə biganə olmayanları, talançı və qanunsuz rejimlə ardıcıl və qətiyyətli mübarizə tərəfdarlarını AXCP-yə üzv olmağa çağırıram!”
 
AXCP sədri Əli Kərimli ölkədə sosial-iqtisadi vəziyyətin fəlakətli həddə çatması və bundan çıxış yolu ilə bağlı xalqa müraciət edib. Müraciətdə köklü islahatlara nail olmaq üçün siyasi fəallığa və AXCP-yə üzv olmağa çağırış yer alır. Əli Kərimli partiyaya üzv olmaq istəyənlər üçün müraciətin sonunda elektron ərizə formasını da əlavə edib. AXCP lideri müraciətini feysbuk səhifəsində yayıb:
 
– Əziz həmvətənlər, böhran günü-gündən dərinləşir, hər yeni gün ötən gündən də ağır keçir. Üzləşdiyimiz sosial fəlakəti təsvir etməyə ehtiyac duymuram, hamımız vəziyyəti bilirik. Hamımız çıxış yolu axtarırıq. Çıxış yolu var. Ölkədə təcili şəkildə köklü islahatlar başlanmalıdır. Hökumət öz istəyilə bu islahatlara getməyəcək. Biz xalq olaraq kütləvi, ardıcıl və dinc mübarizəmizlə buna nail olmalıyıq. Hökumət ya özü zəruru islahatlara başlamalı, korrupsiya, monopoliya və israfçılıqdan imtina etməlidir, ya da xalqın azad seçki yolu ilə özünə yeni hakimiyyət formalaşdırmasına mane olmamalıdır. Xalqın seçəcəyi islahatçı qüvvələr ölkədə dərin siyasi və iqtisadi islahatlar apara bilər.
 
 
Belə bir çətin dövrdə həm hakimiyyətin təzyiq və repressiyalarına tab gətirmək, həm hakimiyyətə qarşı dinc etirazları uğurla təşkil etmək, həm də ölkəni sosial partlayış və xaosdan yayındıra bilmək üçün müxalifət daha da güclü olmalıdır. Ölkənin demokratik və islahatçı qüvvələrini yalnız xalqımızın kütləvi seçimi daha da gücləndirə bilər.
 
Vətənimizin və millətimizin taleyinə biganə olmayanları, talançı və qanunsuz rejimlə ardıcıl və qətiyyətli mübarizə tərəfdarlarını AXCP-yə üzv olmağa, sıralarımızı daha da genişləndirməyə çağırıram! Partiyamıza üzv olmaq üçün əlavə etdiyim elektron anketi doldurun, partiyamızın funksionerləri sizinlə əlaqə yaracaqlar.
 
Yetər artıq şah qanun oldu, bizlər qanunların şah olduğu ölkəyə layiqik! Yetər artıq bu ölkənin sərvətləri bir ovuc korrupsioneri varlandırdı, firavan və qayğısız yaşamaq, xoşbəxt olmaq hər kəsin haqqıdır! Haqqımıza sahib olaq!

Загрузка...
Загрузка...