“Əli Həsənovun sərt reaksiya verəcəyini gözləmirdim” - Deputatdan baş nazirin müavininə cavab

 
 
Mən baş nazirin müavinin belə sərt reaksiya verəcəyini gözləmirdim
 
Politika.Az xəbər verir ki, bu fikri millət vəkili Çingiz Qənizadə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun Milli Məclisdə (MM) onun dediklərinə sərt reaksiya verməsinə münasibət bildirərkən deyib.
 
O, hesab edir ki, baş nazirin müavini də müavinətlərin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilməsindən kənarlaşmasında və yükün bir qismindən azad olunmasında özü maraqlı olacaq:
 
“Ancaq hər şey əksinə baş verdi, çox təəssüf ki, mənim fikirlərim başqa cür yozuldu və ayrı münasibət bildirildi”.
 
Deputat bir daha etdiyi təkliflərə aydınlıq gətirərək bildrib ki, orada kommunal xərclərin, yəni, güzəştlərin müavinətlə əvəz olunması ilə bağlı dövlət tərəfindən ayrılmış xərclər icra strukturları tərəfindən deyil, dövlət tərəfindən ayrılmış həmin kommunal xərclərə yönələn pulların hər bir qaçqın və məcburi köçkün ailəsinə nəğd verilməsi, yaxud da kartlarına ödənilməsi ilə həyata keçirilsin.
 
“Belə olan halda digər icra strukturları tərəfindən korrupsiyaya meyilliyin və korrupsiya hallarının aradan qaldırılmasına xidmət etmiş olarıq”– deyə, o bildirib.
 
Millət vəkili əlavə edib ki, belə olan halda dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi, vergidən yayınması halları olmayacaq.

Загрузка...
Загрузка...