Əli Abbasov, heç olmasa təzə printer alaydız - "Norton"da qalmış rabitə

 

 
Sabiq Rabitə və yüksək texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibə bildirib.
 
Missiya.Az xəbər verir ki, unikal.org-a açıqlama verən Əli Abbasov belə bir ifadə vermədiyini deyib. Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərinin ilkin istintaqa verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır: "Mənim elə bir ifadəm olmayıb. Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədiylə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəsislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirilməsi, müxtəlif seminar konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirib. Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının güclənirilməsinə yönəldilib. Ancaq bu vəsəaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm".
 
 
Əlbəttə, indi Əli Əbbasov korrupsiya vəsaitlərinin "lazımi istiqamətlərdə" xərcləndiyini iddia edib, bu xüsusda maraqlı xərclər trayektoriyası çıza bilər. Ümumiləşdirilmiş şəkildə bir neçə tədbir adı çəkib "pullar həmin istiqamətlərə xərclənib" demək olduqca asandır. Yaxşı olardı ki, cənab Əli Abbasov hara nə qədər xərcləndiyini dəqiqliklə göstərərdi. 
 
Sabiq nazir iddia edir ki, hər ay əldə olunmuş korrupsiya pulları hansısa kurslarda hazırlıq proqramlarının maliyyələşdirilməsinə, müxtəlif konfransların təşkilinə yönəldilib. Guya bununla da ölkədə rabitə və informasiya texnologoyaları sahəsinin inkişafına töhfə verdiyinə dair fikir formalaşdırmağa çalışıb. Əslində isə qeyd olunan sahə bərbad vəziyyətə gətirilib. Yalnız dövlət proqramları çərçivəsində və bilavasitə cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilən tədbirlərdən başqa, nazirlik səviyyəsində hansısa nəzərəçarpacaq fəaliyyət nümunələri ortaya qoyulmayıb, hətta texniki təchizat məsələlərinə belə pul xərclənməyib. Belə olmasaydı, bu gün poçt şöbələri 90-cı illərin sonunda istifadə olunan lentli printerlərə möhtac qalmazdılar. Hansı fəaliyyətdən danışmaq olar ki, bu gün rabitə sahəsinə aid olan demək olar ki, bütün müəssisələrdə "Norton" proqramından istifadə olunur. Bu, poçt şöbələrində də belədir, telefon qovşaqlarında da.
 
Yaxşı olardı ki, Əli Abbasov bu məsələlərdən danışıb, niyə Azərbaycanın rabitə sistemində dünyanın ən geridə qalmş ölkəsinin zibilxanasında belə rast gəlinməyən pinterlərdən istifadə olunmasına aydınlıq gətirəydi...