​Ləğv edilən “Bank Standard” haqqında gəlişmə — MALİYYƏ FIRILDAĞI İDDİASI

 
Əmanətlərin Sığortalanması Fondu ciddi qanun pozuntusuna yol verib?
 
Ölkə.Az saytına daxil olan məlumatda bildirilir ki, lisenziyası ləğv edilən “Bank Standard”ın işdən çıxarılan əməkdaşlarının əmək kitabçasına Əmək Məcəlləsinin 70-ci maddənin “a” bəndi üzrə azad edildikləri yazıldığı halda onlara eyni zamanda məcəllənin 70-ci maddənin “b” bəndi uyğun ərizə yazdırıb və qol çəkdiriblər.
 
Redaksiyamızı bu məlumatlandıran şəxslər vurğulayıblar ki, əmək kitabçasında yazılan maddə ilə əslində 2 ayın maaşının onlara vergisiz ödənilməli idi. Bank ləğv edildikdən sonra aidiyyatı üzrə cavabdeh qurum olan Əmanətlərin Sığortalanması Fondu isə işdən azad edilən şəxslərə ödəniləcək məvacibdən kəsərək 1 ayı tam maaş olaraq, 2-ci aydan isə vergi tutaraq ödəyib.
 
Azərbaycan Respublikası Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları üzrə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilə bilməsi məcəllənin 70-ci maddəsində vurğulanıb. Həmin maddənin “a” bəndində müəssisə ləğv edildikdə, “b” bəndində isə işçilərin sayı və ya ştatları ixtisar edildikdə müqavilənin ləğv edilə bilməsi aydın şəkildə yazılır.
 
Maraqlı məqamlardan biri isə bundadır ki, “Bank Standard”ın lisenziyasının ləğv edilməsinə baxmayaraq işdən kənarlaşdırılan işçilərdən 70-ci maddənin “b” bəndi üzrə, yəni “sokraşeniya” ərizəsi yazdırılmaları yeni suallar yaradır. Belə ki, “Bank Standard”ın fəaliyyətinin yenidən bərpa ediləcəyi haqqında gəzə söz-söhbətlər və bir çox işçinin hələ də bankdakı işlərini davam etdirmələri bu sualların yaranmasına əsas verir.
 
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası 30 sentyabr 2016-cı il tarixli qərara əsasən “Bank Standard” kommersiya bankının lisenziyasını 1 oktyabr 2016-cı ildən etibarən ləğv edib.
 
Bankda əmanətlərin həcmi 520 milyon manat təşkil edib və bu məbləğin 460 milyon manatı sığortalanmışdı. Bankın lisenziyasının ləğvindən sonra isə sığortalanmamış 60 milyon manat həcmində vəsait əmanətçilərə ödənilməyib. Daha bir iddiaya görə isə bankın lisenziyasının ləğv edilməsində məqsəd həmin geri ödənilməyəcək 60 milyon manat sığortalanmamış əmanətə görə baş verib.
 
Hər halda, əgər bankın fəaliyyəti gələcəkdə hansısa şəkilə bərpa edilsə bunun çox ciddi maliyyə fırıldağı olduğunu deməmək üçün heç bir səbəb qalmır.

Загрузка...
Загрузка...