Leyli və Məcnun birlikdə uyuduqları məzardan çıxarılaraq, şahın ayaqları altında basdırılır - Gizli tarix...

 
 
 
Moderator.az araşdırmaçı alim İlqar Əliyevə istinadən, Şərqin böyük əfsanələrindən olan “Leyli və Məcnun”un real qəhərmanlarının taleyi barəsində maraqlı faktı təqdim edir.
 
Bu fakta əsasən, Leyli və Məcnunun birgə uyuduqları qəbrin, məqbərənin - Qız qalasının içərisindən çıxardılaraq, məscidin girişində ayaqaltı kimi basdırılmasının səbəbi göstərilir: 
 
“Tarixə nəzər saldıqda görürük ki, Axsitan öz qardaşını öldürərək hakimiyyəti ələ keçirir. Digər qardaşını Şirvandan qovmuş və anası Tamarı 'Torpaqları birləşdirmək" təklifindən sonra qəbul etmirdi. Axsitanm ölümündən sonra Şirvanda hakimiyyət uğrunda mübarizələr qızışır və hakimiyyət tez-tez bir əldən digərinə keçirdi. Dövrün adət və ənənələrini pozmuş sevgililərin bu qəbrinin "səcdəgaha" çevrilməsi, dövrün gənclərinin təlim və tərbiyəsinə "pis" təsir göstərirdi. Ona görə də Axsitanm ölümündən sonra, hakimiyyəti ələ keçirmiş insanlar, Axsitanm öz qəbrinə olduğu kimi, onun övladının da qəbrinə hörmətsiz yanaşaraq, qəbrin sinə daşını sındırmış, sümükləri məqbərənin - Qız qalasının içərisindən çıxararaq, "Şah məscidi"nin girişində ayaqaltı pillə kimi yerləşdirirlər. Nə üçün bəs, məhz Şah məscidinin girişində? Şirvanşahın oğlunun! cənazəsinin qara camaatın ayaqları altında tapdalanması yolverilməz olduğundan, bu qəbr məhz Şah məscidinin girişində basdırılır. Dövrün hakimləri İslamı məhəbbətə, məhəbbəti İslama qarşı qoymaqla öz insanlıqlarını danmış və Allahın onları Yer üzünə sevgi duyğusuyla birgə yolladığım unutmuşdular. Dünya eşqdir, qalan hər şey kələkbazlıq oyunudur" - deyən Nizamiyə görə:
 
"Əgər aləmin canı eşq olmasaydı,
Aləmin dövranında kim diri qalardı?
Kim ki eşqdən xali oldu, qurudur,
Yüz canı olsa da, eşqsiz ölüdür.
Eşq toxumu olmasa heç kəsin toxumu göyərməz,
Eşq evindən başqa heç kəs (heç yerdə) arxayın deyil.
Eşq atəşindən başqa dünyada yaxşı nə var?
Onsuz nə gül güldü, nə bulud ağladı.."
 
Görkəmli alim Ö.İsmizadə Qız qalasının içində apardığı qazıntılar zamanı, gənc sevgililərin qəbirdaşınm qalıqlarını aşkar edib. Alim bu hadisəni belə qeyd edir:
 
'İlk qazıntılar Qız qalası divarlarının içərisində olan quyuda aparılıb. Qazıntılara qədər quyu tullantılarla dolu idi. Qazıntı işlərinə qədər bu quyunun nə məqsəd üçün qazıldığı belə dəqiq məlum deyildir. Bəziləri bu quyunun gizli yer altı yol ilə əlaqədar olduğunu söyləyirdilər. Quyu təmizlənərkən, 9 metr və daha çox dərinliyində XII - XIV əsrlərə aid olan gil qablar, onların qalıqları və s. materiallar tapılıb... Onlardan başqa quyunun genişlənən hissəsində, üzərində ərəb əlifbası ilə yazısı və nəbati naxışı olan qəbirdaşmın qırıqları da tapılıb... Üzərində kufi yazısı və arxasında çox zəngin nəbati naxışı olan bu qəbirdaşı xüsusi ilə diqqəti cəlb edir. Daşın üzərində olan kufi yazı öz forma və xətt üslubu etibari ilə XI əsrə aid olan Sınıq-qala minarəsindəki yazını çox xatırladır... Qız qalasında "su quyusu"ndan tapılan damğalı şirli qabların, kufi yazısının və zəngin nəbati naxışları olan qəbir daşının da məhz XI - XIII əsrlərə aid olduğunu söyləmək mümkündür."
 
Elmin Nuri

Загрузка...
Загрузка...