Lerikdə zülm ərşə dirənib-icra başçısı isə...

Regionlarımızın inkişafı sənədlər üzərində köhnəlmiş vədlərə çevrilməkdədir. Daha çox qış aylarında kəndlərdə insanlarımızın necə əzblı həyat sürdüyünün daim şahidi oluruq.
 
Lerik rayon sakini, ictimai fəal Azər Lerikli Talışın Turaninfo.AZ-a göndərdiyi şikayət məktubu günümüzün acı reallığıdı.
 
Məktubu olduğu kimi oxucularımıza təqdim edirik:
 
"Lerik rayonunda infrastruktur iflic vəziyyətə düşüb. Qış gələndən sanki bütün həyat donub. Lerik rayon İşıq İdarəsinin rəhbərliyi isə deyəsən, yayda qış yuxuuna gediblərmiş. Onlar qış qapını alandan sonra yuxudan ayılsalar da hələki sakinlərin heç bir problmini həll etmək qabiliyyətində deyillər.
 
Nəzərə alın ki, Lerik dağlıq ərzaidir və burada qış həmişə sərt keçir.
 
Bizim yaşadığımız Veri kəndi həmişə işıqdan korluq çəkib. Bu kəndin işıq problemi heç vaxt həll olmayıb. Gah transfarmator partlayır, gah elektrik dirəyi yıxılır, gah 35 minlik əsas xətdə elektrik olmur və.s
Bu kənddə sağlam elektrik dirəyinə təsadüfi rast gəlinir. Elektrik naqillərindən danışmağa dəyməz. O qədər bu naqilləri calağ ediblərki elə bil bənna horgü işi görüb.
 
Dövlət büdcəsindən Lerik rayonunun elektrik enerjisinin mütəmadi verilməsi, elektrik sahəsindəki problemlərin aradan qaldırılması üçün son 10 ildə milyonlarla vəsait ayrılıb. Amma nə xeyri
Xalqın qanını zəli kimi sovuran məmurlar isə öz işindədir. Rayon İcra başçısı Rövşən Bağırov isə konkret olaraq heç bir tədbir görmür
Dostlar, Lerik rayonu 70-80 il əvvəlki tarixdə qalıb və manat kimi çabalayır".