Leonardo Di Kaprio ''Uoll-strit canavarı'' filmi ilə əlaqədar məhkəməyə çağırılıb

Aktyor Leonardo Di Kaprio "Uoll-strit canavarı" filmi haqqında ifadə vermək üçün məhkəməyə çağırılıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, böhtan ilə bağlı iş üzrə sualları cavablandırmalıdır.
Xatırladaq ki, 2014-cü ildə broker Endryu Qrin "Uoll-strit canavarı" filminin prodüserlərinə qarşı 25 mln. dollar məbləğində məhkəmə iddiası ilə çıxış edib. Qrinin fikrincə, o, filmin qəhrəmanı Nik Koskoffun prototipidir. Qrinin sözlərinə görə, "Uoll-strit canavarı" filmi onu bu rolda təsvir edərək, ona zərər vurub.
"Paramount" şirkəti öz növbəsində, iddia edir ki, Koskoffun obrazı ümumiləşdirilmiş obrazdır və böhtan ittihamlarını rədd edir.