Leninin nəşinin saxlanılması neçəyə başa gəlir?

Vladimir Leninin cənazəsinin saxlanılmasını təmin etmək üçün aparılacaq işlər 13 milyon rubl (197 min dollar) həcmində vəsait tələb edir, Rusiya dövlət sifarişlər portalında yerləşdirilmiş məlumatdan belə bir nəticəyə gəlmək olar.
Məlumata əsasən işlərin sifarişçisi Federal Mühafizə Xidmətidir. Sənəddə deyilir ki, xidmət yeganə təchizatçı tərəfindən yerinə yetiriləcək.
Söhbət 2016-ci ilin noyabr ayınadək müntəzəm əsasda aparılacaq işlərdən gedir.
Son illər ərzində Leninin basdırılması barədə məsələ kifayət qədər tez-tez müzakirə olunur. Hərçənd ki, cəmiyyət bu barədə yekun fikrə gələ bilməyib.
Vladimir Lenin 1924-cü ilin yanvar ayında vəfat edib.
Ölümündən sonra onun cəsədi balzamlaşdırılaraq Moskvanın Qızıl Meydanındakı Lenin Mavzoleyinə yerləşdirilib.