"Lazım deyiləm"-Elmira Kənan

     Lazım deyiləm
 
 
Lazım deyiləm…
        Lazımam bəlkə...
Sevgiylə yoğrulmuş həyatda
          Lazımsız olmaq
Evin küncünə  atılmış  
      bir oyuncağa bənzər...
Bəlkə də rəfdə
   Toz qarları yağmış
              Saralmış kitaba.
Amma qarşındaki  kitab
Yazılmaq ,
          varaqlanmaq istər
 Barmaqlarına toxunmaq,
Yatarkən balışın altına
         Qoyulmaq istər...
Lazım cələngini başına qoymaq
Dünyanın fatehi olmaq,
             Yıxılmamaq,
Sən və mən olmaq demək!
Demək,lazımsan
                   lazımam.
Amma duydum ki,
            Lazım deyiləm...
            Lazım deyiləm.