Lavrovun bu cavabı dünyanı güldürdü – Video

 
CNN telekanalına müsahibə verən Rusiya XİN rəhbəri Sergey Lavrov jurnalistə verdiyi cavabla bütün dünya mətbuatının manşetini zəbt edib.
 
Axar.az xəbər verir ki, xanım jurnalist Rusiyadakı “Pussi Riot” skandalına eyham vuraraq Lavrovdan Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın “pussi riot situasiya”sına necə baxdığını soruşub.
 
Lavrovun cavabı xanım jurnalisti çox güldürüb:
 
“Bilmirəm... İngilis dili mənim ana dilim deyil. Sizin seçki kampaniyanızda o qədər “pussi” var ki, mən heç bilmirəm necə cavab verim”.
 
2012-ci ilin fevralında Rusiyada “Pussi Riot” adlı qızlardan ibarət pankm qrupu İsa Məsihin məbədinin önündə “Məryəm ana, Putini qov!”şüarı ilə aksiya keçirmişdi. Bundan sonra qrupun üzvləri xuliqanlıqda ittiham olunaraq həbs olundu.
 
Jurnalist Trampın “pussi riot situasiyası” deyərkən, prezidentliyə namizədin qadınları təhqir etməsi və ABŞ-ın 42-ci prezidenti Bill Klintonun öz qadınlarını seçki kampaniyasına qatmasını nəzərdə tutub.
 
Lavrov isə “pussi” sözünü ABŞ və İngiltərədə söyüş kimi istifadə olunan sözlə səhv salıb.
 
Videonu təqdim edirik: