​Lavrovu əvəzləyin, özü də təcili, cənab Putin!

 
 
Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov etdiyi iki axmaq və yersiz hərəkətinə görə, ən azından geniş ictimaiyyətin və mətbuatın qınağına çəkilməlidir. Ya bu adam artıq tükənib və özünü belə aparır, ya da  onunla bağlı ən azından yaxın altiı ay ərzində qərar veriləcək. Və mən əminəm ki, Rusiyada 2018-ci ildə formalaşdırılacaq yeni hökumətin tərkibində bu soyadda xarici işlər naziri olmayacaq.
Əvvəl, bu yekəxana nazir, dünən ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Tillerson ilə müzakirələrdən əvvəl ona müraciət edən xanım jurnalistə elə ədəbsiz və etikadan uzaq münasibət sərgilədi ki, şəxsən mən belə yekəxanalığa çox üzüldüm. Ondan söz soruşmaq istəyən xanıma öz kasad erməni ağlı ilə guya cavab verirmiş kimi Lavrov təhqiramiz hərəkət etdi və qəribəsi budur ki, amerikalı diplomat da nədənsə susmağı vacib saydı. Özləri bilər, necə deyərlər.
Amma, Lavrovun ikinci hərəkəti sırf Azərbaycanla, elə təvazökarlıqdan uzaq da olsa, mənim açıqladığım məsələ ilə bağlı olduğuna görə, hesab edirəm ki, bu şəxsə yerini göstərmək lazımdır. Söhbət, mənim xüsusi olaraq vurğuladığım və Lavrovun “belini qıran” bir məqamdan gedir.  Diqqətli oxucular xatırlayırlarsa, qeyd etmişdim ki, Lavrov tərəfindən XÜSUSİ olaraq SEÇİLƏRƏK Azərbaycana səfir kimi göndərilməsi nəzərdə tutulan Georgi Zuyev məhz Lavrovun yaxın adamı kimi MƏQSƏDYÖNLÜ şəkildə Azərbaycana səfir  kimi hazırlanmışdı. Və onun namizədliyi də rəsmi Moskva tərəfindən bəyənilərək rəsmi prosedur qaydalarına əsasən Bakıya aqreeman verilməsi xahiş olunmuşdu.
Amma, dünən bu yekəxana və özündən razı nazir "biz Georgi Zuyevin səfir təyin olunması üçün Azərbaycan hökumətinə heç vaxt aqreemanla bağlı müraciət etməmişik" ifadəsini elə utanmaz, elə həyasız formada dilə gətirdi ki, adamın matı-mutu quruyur. Ay adam, sən nədən danışırsan və bizləri nə hesab edirsən? Bu il iyulun 5-də Rusiyanın bütün aparıcı KİV-ləri siyasi xəbər kimi Dövlət Dumasının  müvafiq komitəsində Azərbaycanda səfir vəzifəsinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin namizədliyini TƏSDİQLƏNDİYİNİ yazmışdılar və bu xəbərə istinad edən Azərbaycan mətbuatı da yazmışdı ki, artıq sabiq səfir Vladimir Doroxinin yerinə namizəd də seçilib və yaxın vaxtlarda o vəzifələrinin icrasına başlayacaq. Sadəcə, Lavrovun xain və məkrli planı barədə biz məlumat əldə etdikdən sonra, Azərbaycan siyasi rəhbərliyi haqlı olaraq bu erməni mənşəli Zuyevin, Lavrovun şəxsi kadrı olduğuna görə razılıq vermədi. İndi Lavrov özünü hey cırsın–dağıtsın ki,  guya onlar belə bir arzuda və istəkdə olmamışlar. Sadəcə, bu adam indi siyasi aləmdə rusvay olub deyə belə əsəbi şəkildə düşünmədən açıqlama verir. Yenə deyirəm, özü bilər. Bunun ağlına elə gəlib ki, biz bunların tamam başqa məqsədlər üçün, daha çox 2018-ci il və sonrakı mərhələrə üçün seçdikləri Zuyevə "hə" cavabı verəcəyik və bunlar da o qədər arxayın idilər ki, rəsmi Bakı bunların nankorluğuna göz yumacaq. Amma, balaca bir araşdırma kifayət etdi ki, həqiqətən də Lavrovun Putinə təqdim etdiyi bu Zuyevin “kartları” açılıb və vəziyyətdən çıxmaq lazımdır”. İndi Lavrov da yaxın vaxtlarda itirəcəyi vəzifəsində öz imicini qorumaq üçün belə sarsaq ifadələr işlədir və məni, digər həmkarlarımızı yalançılıqda ittiham etməyə cəhd edir. O sadə kəndçi dilində desək, ay sən... öl...sən, Zuyev də sənə dəmirdən lövhə olsun. Belə ağıllısansa, gözünü aç və bir kənara boylan. 21-ci əsrdə artıq kimin kim olduğunu bilmək o qədər asandır və rahatdır ki, bunun üçün çox da vaxt sərf eləməyə dəyməz. Və Lavrovun indi  Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında milyonlarla insanın qarşısında söylədiyi ağ yalan, onu bir az da hörmətdən salır və hiss olunur ki, Rusiya tərəfi həm çox qəzəblidir, həm də Lavrovun xain planı deşifrə olunub deyə, o belə danışmağa məcburdur.
Onu da qeyd edim ki, yaxın saatlarda biz bu mövzunu Lavrovun başa düşə biləcəyi rus dilində də yayıb onların diqqətinə çatdıracağıq. Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın  Bakıdakı dostları da qoy eziyyət çəkməsinlər ki, ona yazdıqlarımızı tərcümə etməyə vaxt sərf etməsinlər.
Və dünən Vyanada Lavrovun fiaskoya bərabər mətbuat konfransında ən paradoksal hal bilirsiz nə idi?  Rusiya XİN başçısı bildirdi ki, hazırkı səfir öz missiyasını bitirən kimi Azərbaycana yeni səfir göndəriləcək. Ay adam, sənin ölkənin prezidenti artıq Doroxini vəzifəsindən azad edib və bu adam bu gün heç kimdir və o Moskvaya qayıdıb. Və missiyası Putin sərəncam imzalanan günün BİTİB. Əgər xarici işlər naziri kimi Lavrov belə xırda şeyləri bilmirsə və ya əsəbindən nə gəldi danışırsa, onda vay Moskvanın xarici siyasət işlərinin halına. Yeni səfirin Azərbaycana gəlməsi üçün isə gələn ilin may ayından tez heç kim bura zorla təyin edilə bilməz. Beynəlxalq normalar mövcuddur. Ona əməl etmək isə, hər bir dövlətin birbaşa borcudur.
Lavrovun bu mövzuda növbəti açıqlamasında isə ona Zuyevin kim olub və kimlərin tapşırığı ilə XİN-ə mühüm işə qəbulu və digər məsələlər haqqında da bir az məlumat verə bilərik. Hələliksə,  Lavrov tabeliyində olan Georgi Zuyevin  Rusiya XİN-nin rəsmi saytında harada ANADAN olması və imkan daxilində avtobioqrafiyasını OLDUĞU kimi yerləşdirməsi, bu şəxsin erməni milliyəti ilə bağlı olub-olmaması haqqında da məlumatı  yerləşdirsə, məncə kifayət edər. Ay səni, Lavrov-Kələntərov!! Hər Zuyev də, təmiz rus milliyətindən olmur axı?!
 
Üzeyir Cəfərov,
Moderator.az saytının rus versiyasının redaktoru

Загрузка...
Загрузка...