Lavrov yenidən Bakıya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya səfər edəcək.
Bunu ANS PRESS-ə açıqlamasında Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə , səfər bu həftənin sonuna planlaşdırılır.
Lavrov regiona səfəri çərçivəsində Yerevana da gedəcək.