Lavrov və Nalbandyan Dağlıq Qarabağ məsələsini müzakirə edəcək

Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada  ermənistanlı həmkarı Edvard Nalbandyanla Dağlıq Qarabağ məsələsini müzakirə edəcək.
 Turaninfo.az-ın “echo.msk.ru” saytına istinadən verdiyi xəbərə görə, xarici işlər nazirləri münaqişənin həlli yolları ilə bağlı fakir mübadiləsi aparacaqlar.
 Xatırladaq  ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştriak etmək üçün Moskvada səfərdədir.