Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Rusiya xaricİ işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Turaninfo.az “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.
 “Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar”, məlumatda deyilir.
 Sergey Lavrov və Con Kerri  həmçinin Ukrayna və Daqlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.