Lavrov: "Türkiyə-Suriya sərhədi bağlanmalıdır"

Rusiya xarici işlər naziri Serqey Lavrov Türkiyə tərəfindən Suriyaya açılan top atəşlərinə görə narahat olduğunu bildirib.
Turaninfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, BMT-nin Suriya təmsilçisi Staffan de Mistura ilə keçirdiyi iclasdan sonra mətbuata açıqlama verən Lavrov, Türkiyə-Suriya sərhədinin bağlanması məsələsinin tezləşdirilməsinin vacib olduğunu deyib.
De Mistura isə atəşkəsin Hələbə də aid edilməsi halında dayandırılmış sülh görüşmələrinin yenidən başlanacağını bildirib.