Lavrov: "Rusiyaya sanksiya tətbiq oluna bilər"

Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvanın Suriyaya görə sanksiyalara məruz qala biləcəyini açıqlayıb.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, İtaliyanın xarici işlər naziri Paolo Gentiloni ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Lavrov Rusiyaya yeni sanksiyaların tətbiq olunmasına dair “okeanın o tayından” siqnallar aldığını bildirib.
Lavrov çıxışı zamanı bunları deyib: “Rusiyanı bir çox problemlərin günahkarı kimi göstərməyə çalışdıqlarını görürük. Okeanın o tayından Moskvanın Əsədə kifayət qədər basqı göstərməməsi səbəbi ilə Rusiyaya yeni sanksiyalar tətbiq olunması istiqamətində siqnallar alırıq.
Avropa Birliyində “Savçenko siyahısı” hazırlanması yönündə təkliflər var”.