Lavrov Nalbandyanla Qarabağdan danışdı

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və İrəvanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.
 Ölkə.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan XİN-in yaydığı açıqlamada bildirilir.
 "Görüş zamanı tərəflər Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə ediblər", -məlumatda deyilir.
 Nazirlər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərlərinin toplantısında iştirak edib.