Lavrov İrəvanda etiraz aksiyası ilə qarşılanacaq

Ermənistana səfər etməyə hazırlaşan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu İrəvanda etiraz aksiyası ilə qarşılayacaqlar.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, aprelin 21-də İrəvanda "Ləyaqət yürüşü" adlı aksiya keçiriləcək. Yürüş Respublika meydanından başlayıb Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında başa çatacaq. Aksiya iştirakçıları Rusiyadan "Qarabağdan əlini" çəkməsini tələb edəcəklər.
Qeyd edək ki, Rusiyanın XİN başçısı S.Lavrov aprelin 21-22-də İrəvanda səfərdə olacaq. Onun Azərbaycanın işğal altında olan torpaqlarındakı vəziyyəti, münaqişənin tənzimlənməsi yollarını müzakirə edəcəyi gözlənilir.