​Lavrov Ermənistanda qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə əklil qoydu, baş əydi və ağac suladı – VİDEO – FOTOLAR

Bildiyimiz kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də İrəvana səfər edib.
 
“A24.az”ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, nazir hava limanından birbaşa qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsini yad etmək üçün “Tsitsernakaberd” memorial kompleksinə gedib.
 
Sergey Lavrov Rusiya Federasiyansının adından abidənin qarşısına əklil qoyub və baş əyib.
 
Xatırladaq ki, Lavrov Ermənistana Azərbaycana səfər etdikdən sonra gedib və həmkarı Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ problemini müzakirə ediblər.
 
“A24.az” Lavrovun sözügedən görüntülərini təqdim edir:

Загрузка...
Загрузка...