Lavrov Bakıda bunları müzakirə edəcək – Rusiya XİN açıqlama yaydı

“Rusiya Azərbaycanla ənənəvi münasibələrə böyük önəm verir”.
Turaninfo.az TASS-a istinadla xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər  Nazirliyi nazir Sergey Lavrovun iyulun 11-12-də Bakıya nəzərdə tutulan işgüzar səfəri ilə bağlı açıqlamasında bildirib.
Açıqlamada deyilir ki, Rusiya Azərbaycanla əlaqələrin humanitar sahədə genişlənməsinə, Rusiya və Azərbaycan xalqları arasındakı tarixən sıx mənəvi birliyin inkişafına böyük əhəmiyyət verir:
“Biz Rusiya ilə Azərbaycan arasındakı siyasi dialoqun inkişafı etdirilməsi kontekstində qarşıdakı danışıqlar vacib hesab edirik.
Bakıda keçiriləcək görüşlər ikitərəfli əlaqələrin gündəliyindən duran aktual məsələləri müzakirə olunacaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar ətrafında fikir mübadiləsi aparılacaq”.
Rusiya XİN-in bəyanatında daha sonra deyilir: “Azərbaycan bizim Cənubi Qafqaz və Xəzər regionunda vacib strateji tərəfdaşımızdır. Bakı ilə əlaqələrimizin əsasında tərəfdaşlıq və bərabərlik, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq münasibətləri dayanır. Azərbaycanlı həmkarlarımızla birgə iki ölkə prezidentlərinin himayəsi altında sentyabrın 29-da keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıqlarımızı davam etdiririk”.