Əlavə pul qazanmaq istəyən müəllimlərə - Şad xəbər

Baxış sayı: 
197

Dövlət İmtahan Mərkəzi (DİM) ingilis dili fənni üzrə müəllimləri, mütəxəssisləri, magistrləri yazı işlərinin yoxlanılması prosesində marker qismində iştirak etmək üçün dəvət edir.
 
DİM-dən Axar.az-a verilən məlumata görə, markerlərin funksiyaları yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi olacaq.
 
Marker olmaq üçün ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri, xarici dil müəllimliyi (ingilis dili); dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə), filologiya (ingilis dili və ədəbiyyat), tərcümə (Azərbaycan dili - ingilis dili) ixtisaslarından biri üzrə ən azı bakalavr təhsilinə malik olanlar dekabrın 30-dək müraciət edə bilərlər.
 
Qeyd edək ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə indiyədək yazı işlərinin yoxlanılması üçün 5000 müəllim arasından təxminən 500 müəllimin seçilərək marker kimi hazırlandığını açıqlayıb.
 
O qeyd edib ki, ötən il həmin müəllimlərə yazı işlərinin yoxlanılması üçün 380 min manatdan çox əməkhaqqı verilib. Müəllimlər əməkhaqlarını yoxladıqları yazı işlərinə görə alıblar.

Загрузка...
Загрузка...