Las-Veqas terrorunda ölənlərin sayı artdı - FOTO/VİDEO - (YENİLƏNDİ)

Baxış sayı: 
211
0  
0  

Las-Veqas şəhərində atışma nəticəsində ölənlərin sayı 59-a çatıb.
Publika.az xəbər verir ki, bu haqda yerli hakimiyyətin bəyanatında deyilir.
***
Las-Veqasda ölənlərin sayı 58, yaralananların sayı isə 515-ə qədər artıb. Bu barədə şerif Dozef Lombard mətbuat konfransında bildirib.
Federal Təhqiqatlar Bürosu (FTB) isə terror hücumunun İŞİD-lə əlaqəsinin olmadığını açıqlayıb.
***
Las-Veqasda terror törədən təşkilatın adı bəlli olub.
Publika.az xarici mediaya istinasən xəbər verir ki, terror hücumuna görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
***
Silahlının olduğu mehmanxana nömrəsində silahın ən azı səkkiz vahidi aşkar edilib. Bu barədə şəhər polisindən bildirilib. Polis həmçinin silahlının tanışı olan Meri Lu Denlinin saxlanıldığını açıqlayıb.
***
ABŞ KİV-i hücum nəticəsində ən azı 50 nəfərin öldüyünü, 200-dən çoxunun yaralandığını yazıb. KİV silahlının 64 yaşlı yerli sakin Stiven Peddok olduğunu xəbər verib. Polis silahlının tanışını axtarır. Şerif Cozef Lombardun sözlərinə görə, qızın adı Meri Lu Denlidir.
ABŞ KİV-i qeyd edir ki, Las-Veqasda ölənlərin sayı ABŞ tarixində ən qanlı hücumun həyata keçirildiyini deməyə əsas verir. İndiyə kimi, Orlandoda “Puice” klubunun ziyarətçilərinin kütləvi qətli ölkə tarixində ən qanlı hücum hesab olunurdu. Həmin hadisə vaxtı silahlının özü ilə birlikdə 50 nəfər ölmüşdü.
***
Polisin açıqladığı son məlumata görə, ən azı 20 nəfər ölüb, 100-dən çoxu yaralanıb. Yaralananlardan 14-nün vəziyyətinin ağır olduğu bldirilir.
****
Yeni məlumatlara görə, iki nəfər ölüb, ən azı 24-ü yaralanıb. "Röyters" agentliyinin yazdığına görə, silahlıların bir neçə nəfər olduğu ehtimal edilir. Polislə silahlılar arasında atışma hələ davam edir. Hücum "Mandalay Bay Otel"in 32-ci mərtəbəsindən həyata keçirilib.
Silahlılardan biri polis tərəfindən zərərsizləşdirilib.
***
ABŞ-ın Las-Veqas şəhərində kazinoda atışma baş verib.
 
Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, nəticədə ilkin məlumatlara görə, 20 nəfər yaralanıb. Ölənlərin də olduğu bildirilir.
Polisin məlumatına görə, silahlı “Mandalay Bay Hotel” mehmanxana kompleksinin balkonundan atəş açırdı. O musiqi festivalının iştirakçılarını vururdu.
Atışma haqqında məlumat şəhərin başqa hissələrindən də gəlməkdədir. Silahlının hadisə yerindən qaçdığı bildirilir.

Загрузка...
Загрузка...