Las Veqas qanqsterinin görüntüləri: Ölənlərin sayı 58-ə çatdı - Foto/Yeni

Baxış sayı: 
233
0  
0  

 
Saat 10:50
 
ABŞ-ın Las Veqas şəhərində yerləşən kazinolardan birində naməlum şəxs əlindəki silahdan ətrafa atəş açıb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı şəhər polisi rəsmi Tvitter hesabında məlumat yerləşdirib.
 
“Mandalay Bay Kazino”da baş verən insident zamanı azı 20 nəfər xəsarət alıb. Onlardan bəziləri xəstəxanaya çatdırılarkən yolda keçinib. Silahlının hadisə yerindən qaçdığı bildirilib.
 
***
 
10:58
 
Las Veqasdakı kazinolardan birində baş verən silahlı insident zamanı 2 nəfər ölüb.
 
Məlumatı Las Veqas polisi təsdiqləyib. Hadisə nəticəsində 24 nəfər yaralanıb.
 
***
 
11:46
 
Las Veqası qana boyayan şəxslərdən biri öldürülüb.
 
Polisdən verilən məlumata görə, silahlılar ümumilikdə 100-dən çox atəş açıb.
 
Qeyd olunub ki, yaralılardan 14-nün vəziyyəti ağırdır.
 
***
 
12:46
 
ABŞ-ın Las Vqas şəhərində baş verən silahlı incident zamanı azı 20 nəfər həlak olub.
 
Hadisə zamanı 100 nəfər yaralanıb. Şəhər polisi ölü sayının artacağını istisna etmir.
 
***
 
14:52
 
Las Veqasda baş verən silahlı insident zamanı ölənlərin sayı 50-ə çatıb.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Las Veqas polisi məlumat yayıb.
 
Yayılan məlumatda həmçinin, öldürülən silahlının adı da açıqlanıb:
“64 yaşlı Stiven Peddok “Mandalay Bay” otelinin 32-ci mərtəbəsindən atəş açıb”.
 
***
 
Las Veqasda silahlı insident törədən və polis tərəfindən öldürülən şəxsin görüntüləri yayılıb.
 
Məlumatlara görə, 64 yaşlı Stefan Paddok aldığı güllə yarasıəndan hadisə yerində ölüb.
 
Onun yanında olan sevgilisi asiyalı Marilou Danley isə axtarışa verilib.
 
Bu arada, rəsmilər hadisə zamanı 50-dən çox insanın öldüyünü, 406 nəfərin isə yaralandığını təsdiq ediblər.
 
20:24
 
Las-Veqasda ölənlərin sayı 58, yaralananların sayı isə 515-ə qədər artıb. Bu barədə şerif Dozef Lombard mətbuat konfransında bildirib.
Federal Təhqiqatlar Bürosu (FTB) isə terror hücumunun İŞİD-lə əlaqəsinin olmadığını açıqlayıb.

Загрузка...
Загрузка...