Lamborghini yeni modelini təqdim etdi - FOTO+VİDEO

 
 
Moderator.az xəbər verir ki, İtaliya avtomobil şirkəti "Automobili Lamborghini Huracan" modelinin yeni versiyasını - Super Trofeo EVO-nu təqdim edib.
 
Təqdimat Sant-Aqata- Bolonezyedə, şirkətin mənzil qərargahında keçirilib. Avtomobil kuzanın yaxşılaşdırılmış aerodinamikasını alıb; buraxılış Roger Dubuis saat manufakturası ilə əməkdaşlığa başlanmasına həsr olunub. 
 
Arxa təkərləri aparıcı rol oynayan avtomobil 5,2 litrlik V10 620 at gücündə olan mühərriklə təchiz olunub. Maksimum sürət həddi saatda 280 km-dir (elektronika ilə məhdudlaşdırılmış). Kuzanın xüsusi rənglənməsi Roger Dubuis manufakturasının seçilmiş firma rənglərinə əsaslanıb. Avtomobilin qiyməti ABŞ-da 295 min dollar, Qərbi Avropa və Asiyada 235 min avrodur.
 
Qeyd edək ki, "Automobili Lamborghini" kompaniyası 1963-cü ildə yaradılıb, onun mənzil qərargahı İtaliyanın Santa-Aqata- Bolenozye kommunasındadır.

Загрузка...
Загрузка...