​“Lal” deputatın dili açılıb: usta pulunu yeyən Xəlilov niyə parlamentdə susur? - ÖZƏL

 
Sumqayıtdan deputat olan Mirzəcan Xəlilovun parlamentdə səsini eşidən olmayıb
 
Politika.Az xəbər verir ki, millət vəkilinin adı ancaq xoşagəlməz işlərdə hallanır.
 
Onun gah fəhlələrin pulunu vermədiyi, gah kiməsə borcunu qaytarmadığı haqda müraciətlər mediada tirajlanır. Bu da deputatın adını Rəfael Cəbrayılov, Rüfət Quliyev və digər bu kateqoriyalı həmkarlarının siyahısına salıb.
 
M.Xəlilov yaxşı olar ki, MM-də ağzını açıb çıxış etsin. Parlament ən passiv deputatlarından olan millət vəkili aktual mövzularla bağlı bir dəfə fikrini bildirməyib. Onun başı biznesə elə qarışıb ki, parlamentdəki müzakirələrə vaxtı yoxdur.
 
Yerli sakinlər və seçicilər də deputatını tanımır. Onların sözlərinə görə, Xəlilovun üzünü görməyiblər. Eləcə də parlamentdə həmkarlarının bir çoxu onu tanımır. Sözügedən deputatın mandat almasının sirri də bəlli deyil.
 
Parlamentarilər müxtəlif məsələlərə münasibət bildirir: bank sektoru, manatın taleyi, beynəlxalq təşkilatların ölkəmizlə əlaqələri, Qarabağ problemi və s. aktual mövzular ətrafında fikirlərini açıqlayır. Amma bu çıxışların heç birində Xəlilovu görmək mümkün deyil
 
Politika.Az-ın məlumatına görə, Milli Məclisin iclaslarında müxtəlif qanun layihələri müzakirə olunur. Deputatlar ölkənin siyasi-iqtisadi, sosial-hüquqi sahələri üzrə təkliflər verir, çıxışlar edir
 
Vahid Əhmədov, Cavid Qurbanov, Məlahət İbrahimqızı, Elmira Axundova, Zahid Oruc, Siyavuş Novuzov, Fazil Mustafa, Rövşən Rzayev, Ziyad Səmədzadə, Hadı Rəcəbli və xeyli deputat adını çəkmək olar ki, ayrı-ayrı aktual məsələlər qaldırır, qanun layihələrinin qəbuluna fikirlərini bildirirlər. Xəlilov isə camaatın pulu vermir.
 
Politika.Az xatırladır ki, deputat ustanın və fəhlələrin pulunu vermir. “Deputatın villasında aylarla əziyyət çəkib işlədik, axırda pulumuzu vermədi. Çox get-gəldən sonra dedi ki, "elə bil pulu qumara qoyub uduzmusan, unut getsin”. Bu sözləri Ağdamdan olan məcburi köçkün Zülfüqar Əliyev deyib.
 
O, deputat Mirzəcan Xəlilovdan şikayətçidir. Zülfüqar Əliyev deyir ki, təkcə, işçilər deyil, tikinti materialları aldığı mağazalar da pulunu istəyir:
 
"Fəhlələrdən ibarət briqadam var. Fərdi evlərdən tikinti, təmir sifarişləri alıb işləyirik. 2013-cü ildən 2014-cü ilədək işçilərimlə birgə "Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi işini görmüşük.
 
Ancaq bugünə qədər pulumuzu ala bilməmişik”. Zülfüqar Əliyev deyir ki, Mirzəcan Xəlilovda 55 min manat alacağı var. Pulumuzu verməmək üçün min bir bəhanə gətirir:
"Əvvəl yenə zənglərimizə cavab verirdi. Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik. Bizdə olan nömrələrə zəng edirik, köməkçisi İlham götürür. Deyir, bu gün olacaq, sabah olacaq… İki ildir sürünürük, pulumuzu ala bilmirik”.
 
"Millət vəkili vətəndaşı 100 min manatlıq təzminat tələbi ilə məhkəməyə verib”
Millət vəkili sonda Zülfüqar Əliyevi Abşeron Rayon Məhkəməsinə verib: "Guya onun işini yarımçıq qoyub, pulu alıb qaçmışam. O da sonradan başqa briqada ilə danışıb, işini onlara gördürüb. Bu iddia məhkəmədə təsdiqini tapmadı”.
 
Sonradan Z.Əliyev Mirzəcan Xəlilovla bağlı Milli Məclisin komitələrinə və hüquq-mühafizə orqanlarına məktublar göndərməyə başlayıb.