Lahor terroruna görə 15 nəfər həbs olunub

Saxlanılanlar arasında artıq şəxsiyyəti müəyyənləşdirilən terrorçu-kamikadzenin üç qardaşı da var
Pakistanda hüquq-mühafizə orqanları ötən sutka ərzində Lahordakı terror aktında əli olmaqda şübhəli bilinən 15 nəfəri həbs edib.
Turaninfo.az  TASS-a istinadən xəbər verir ki, saxlanılanlar arasında artıq şəxsiyyəti müəyyənləşdirilən terrorçu-kamikadzenin üç qardaşı da var.
Həmçinin terrorçunun İslam intizam fənnini tədris etdiyi Lahor İslam seminariyasında axtarış və sorğu işləri aparılır.
Xatırladaq ki, martın 27-si axşam kamikadze uşaq parkında üzərindəki partlayıcı qurğunu işə salaraq partlatmışdı.
Son məlumatlara görə, hadisə nəticəsində 70 nəfər ölüb, 300-dən çox adam yaralanıb.
Ölən və yaralananların əksəriyyəti qadın və uşaqlardır.