Laçın dəhlizindən son görüntülər - Video

BBC-in Cənubi Qafqaz üzrə müxbiri Rayhan Demitri Qarabağda atəşkəs pozulandan sonra Laçında olub.
Turaninfo.az xəbər verir ki, o, Laçın dəhlizindən videoreportaj hazırlayıb. Reportajda bildirir: “Mən bir strateji yolu sizə göstərmək istəyirəm. Onun uzunluğu 10 km-dən azdır. Bu Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeganə yoldur.
Beynəlxalq aləmdə bu ərazilər Azərbaycanın tərkib hissəsi kimi tanınır. Azərbaycan, Dağlıq Qarabağa bitişik işğal edilmiş 7 rayon haqda danışarkən onlar Laçını da nəzərdə tutur”.