​Əl-Sisi Livan prezidentini təbrik edib


Turaninfo.az  xarici mətbuata istinadən xəbər verir ki, Misir prezidenti Əbdülfəttah Əl-Sisi Livanın yeni seçilmiş prezidenti Mişel Ounu təbrik edib. Əl-Sisi yeni kabinetin formalaşdırılmasının Səd Əl-Həririyə tapşırlmasını təqdir edib.
 
Yeni prezident Livan ordusunun güclənməsini bu ölkənin prioriteti adlandırıb, Livan və regionda terrorçu və sionist qrupların məhvi üçün səylərin davam etdiriləcəyini vurğulayıb. Oun deyib ki,  Livanın zəbt olunmuş ərazilərinin israilli işğalçıların əlindən azad etmək üçün heç bir səyini əsirgəməyəcək.