Əl-Qaidə Talibana biət etdi: "Hər bir qarış torpağı..."

Əl-Qaidə Talibana biət etdi:
Əl-Qaidə rəhbəri Eymen Zəvairi Talibanın yeni lideri Heybətullah Akundzadəyə biət etdiyini açıqlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın SİTE kəşfiyyat qurumu məlumat yayıb.
 
Məlumata görə, yayımlanan 14 dəqiqəlik səs yazısında Zəvahiri Molla Ahtar Mansurun ölümündən sonra Akundzadəyə biət etdiyini bildirib:
 
“Qaşğardan Əndəlüsə, Qafqazdan Orta Asiya və Somaliyə, Kəşmirdən Qüdsə, Filippindən Kabilə, Buxaradan Səmərqəndə qədər müsəlmanlardan alınan torpaqların hər qarışını xilas etmək üçün sizə biət edirik”.