​Əl hərəkətlərimiz bizə nədən xəbər verir - ARAŞDIRMA

 
 
Bəzi insanlar cəmiyyət qarşısında danışmaqdan çəkinir və hər hansı bir çıxış zamanı özlərini idarə etməkdə çətinlik çəkirlər. Hətta üzlərinin qızardığını və əl hərəkətlərindən tez-tez istifadə etdiklərinin şahidi oluruq.
 
Moderator.az  bildirir ki, əl hərəkətlərimiz, hətta salam vermə tərzimiz, şəxsiyyətimiz və o ana aid fikirlərimizi aşkara çıxaracaq siqnallar verir.Araşdırmalara görə, əl hərəkətləri ilə danışan insanların əslində yaxşı münasibət yaradan və bəzi məsələlərdə digər insanlara nisbətən daha istedadlı olduqları məlum olub.
 
1. Əl hərəkətləri insanların sizi daha yaxşı anlamasını asanlaşdırır
 
Sürətli çıxış tərzinizin və əl hərəkətlərinizi istifadə edərək nitq qabiliyyətinizin sosial şəxsiyyətinizin bir parçası olduğunu düşünmüş ola.Əl hərəkətləri bir dialoq və ya çıxış zamanı istifadə edilir və  qarşınızdakı insanların onlarla ünsiyyət qurmaq istədiyinizi başa düşmələrini təmin edir. Sürətli danışıq tərziniz varsa və əl hərəkətlərindən istifadə edərək danışırsınızsa, bunu sizin nitq qabiliyyətinizin və şəxsiyyətinizin bir parçası kimi başa düşmək olar.Bədən dili mütəxəssisləri, əl hərəkətlərini istifadə etməyin həm dinləyici, həm də danışan şəxs üçün çox qüvvətli bir ünsiyyət forması olduğunu vurğulayırlar.
 
2. Əl hərəkətlərindən istifadə etmək güclü liderlik xüsusiyyətinizin olduğundan xəbər verir
 
Danışarkən əl hərəkətlərinizi istifadə edib sözünüzü gücləndirməyə çalışırsınızsa, güclü liderlik potensialına maliksiniz.Əgər çıxış edən şəxsin jest və mimikaları, ifadə etdiyi sözlərlə tam bir harmoniya içində deyilsə, dinləyici bu halda qeyri-müəyyənlik hiss edəcək.Əgər jestləriniz həqiqətdirsə, onlarla birlikdə gələn sözlərdən bir neçə saniyə əvvəl açığa çıxırlar. Jestlər, ifadə etdiyiniz sözlərdən əvvəl və ya onlarla eyni anda ortaya çıxmalıdır. Ancaq, heç vaxt sözlərin ardından ortaya çıxmamalıdır.
 
3. Əl hərəkətlərindən istifadə etmək sizi daha cazibəli edir
 
Araşdırmalar, söhbət əsnasında əl hərəkətlərindən istifadə edən şəxslərin daha təsirli və cazibəli göründüyünü iddia edir.Bədən dilini istifadə etməkdən çəkinən insanların ünsiyyətsiz və çox soyuq olduğu, ancaq bədən dilini fəal şəkildə istifadə edən insanların səmimi və fəal insan olduqları düşünülür.
 
4. Əl hərəkətlərindən istifadə etmək bir zəka simvoludur
 
Araşdırmalar göstərir ki, 18 aylıq ikən əl hərəkətlərini tez-tez istifadə edən uşaqlar, sonrakı dövrlərdə daha yaxşı ünsiyyət qabiliyyətinə malik olurlar və özlərini bu istiqamətdə daha yaxşı inkişaf etdirə bilirlər. Danışan zaman əl hərəkətlərini istifadə etmək yüksək bir zəkanın işarəsi ola bilər.
 
Odur ki, əllərinizi istifadə etməkdən çəkinməyin. Onları cibinizdə tutmayın, sərbəst saxlayın.

Загрузка...
Загрузка...