“Kurtlar Vadisi”nin Çakırının DƏHŞƏTLİ HƏYATI: anası məcburən əmisinə verildi, atası isə... - FOTO

“Kurtlar Vadisi”də canlandırdığı Süleyman Çakır xarakteri ilə populyarlıq qazanan sənətçinin bu rolu o qədər sevildi ki, serialda öləndə sanki milli matəm elan edilmişdi. Aktyorun sözügedən layihədə ölümü çoxlarının seriala olan marağın itməsinə də səbəb olub. Bununla belə Oqtay Kaynarcanın Adanalı serialında Adanalı Yavuz, "Eşkiya Dünyaya hökmdar olmaz"da Hızır Çekırbeyli və başqa rolları da tamaşaçılar tərəfindən çox sevilib.
Publika.az bu yazıda oxucuları sevilən aktyorun film kimi həyat hekayəsiylə tanış edib.
Serialları və canlandırdığı obrazlarla böyük tamaşaçı sevgisi qazanan 52 yaşlı kino ulduzunun həyatı barədə çoxlarının bilmədiyi bir hekayəsi var. Aktyor bu hekayəni illərdir sirr kimi saxlamağa çalışsa da, atası bildiyi əmisinin ölümündən sonra həqiqəti özü etiraf edib.
2009-ci ildə Oqtay Kaynarcanın atası Adil Kaynarca vəfat edəndə bir çox qəzet və internet saytları bu ağır xəbəri "Məşhur aktyorun atası vəfat etdi" başlıqlarıyla vermişdi. Lakin məlum olub ki, hər kəsin aktyorun atası kimi tanıdığı Adil Kaynarca Oqtay Kaynacanın atası deyil, əmisi imiş.
Hadisə necə olub?
 
 
Oqtay Kaynarca uşaqlıqda doğma valideynləriylə birlikdə Berlində yaşayıb. İstanbulda yaşayan əmisi isə həyat yoldaşını istirahət üçün Almaniyaya, qardaşı ailəsinin yanına göndərib. Yoldaşını təyyarə ilə yola saldıqdan sonra Adil Kaynarca Oqtay Kaynarcanın doğma atası və qardaşı Özkan Kaynarcaya zəng edərək xanımını hava limanında qarşılamasını istəyib.
Özkan Kaynarca hava limanından evə gələndə qardaşının xanımı ilə birlikdə ağır yol qəzası keçirib. Bu qəzada Oqtay Kaynarcanın həm atası, həm də əmisinin həyat yoldaşı vəfat edib.
Dəhşətli ailə faciəsindən sonra ağsaqqallar Oqtay Kaynarcanın anası Nursel xanımın qaynı Adil bəylə evlənməsinə qərar veriblər.
Atasını itirəndə Oqtay Kaynarca çox kiçik olduğu üçün həqiqəti ondan gizlədiblər. O da illərlə əmisi Adil Kaynarcanı doğma atası bilib. Həqiqəti öyrənəndə isə aktyor üzüldüyünü gizlətməsə də, qəbul edib.
Oqtay Kaynarca böyük sirrini əmisi Adil Kaynarca vəfat edəndən sonra özü etiraf edib. O, Adil Kaynarcanın ölümü ilə bağlı kədərini yazdığı statusla belə ifadə edib:
"Həm atamı, həm əmimi itirdim".
Aytən

Загрузка...
Загрузка...