Kurtlar Vadisində yeni ŞOK kadrlar: Gizli mesaj - VİDEO

 
 
Kurtlar Vadisi Pusu serialı ilə bağlı daha bir qalmaqallı kadr ortaya çıxıb.
 
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət çevrilişinə cəhddən bir ay əvvəl yayımlanan bölümdə Boğaz Körpüsü istiqamətində söhbət edən iki nəfər Avropa və Asiyanın ayırmağın vaxtının çatdığını deyir.
 
«Söyləmezsen Olmaz» verlişində yayımlanan kadrlarda aktyorlardan biri digərinə «Bu mənzərələrə çox bax. Yaxında görməyəcəksən. Üç körpünü birdən havaya uçurcağıq», -deyir.
 
Onlar beynəlxalq güclərin Türkiyədəki nümayəndələri hesab edilir.
 
Qeyd edək ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd Boğaz Körpüsündən başlamışdı. Həmin hadisədən sonra körpünün adı "15 İyul Şəhidlər Körpüsü" adlandırıldı.
 
Missiya.Az həmin kadrları oxuculara təqdim edir: