"Kurtlar Vadisi Pusu"nun davam etməsi sual altına düşə bilər

 
 
Yeni mövsümün başlamasına az qalmasına baxmayaraq məşhur "Kurtlar Vadisi Serial"ının hansı kanalda yayımlanacağı hələ də bəlli deyil.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmi çəkən "Pana Film" şirkəti heç bir kanalla razılaşma əldə edə bilməyib.
 
Məlumata görə, "Kanal D" yeni mövsümdə Halit Ergençin baş rolda olacağı "Vatan Haini" serialını yayımlayacağı üçün "Pusu"ya razılıq verməyib.
 
Serialın "Show TV", ya da "Star TV"də efirə gedəcəyi barədə də tez-tez xəbərlər yayılırdı. Lakin, məlum olub ki, "Show TV" ilə ümumiyyətlə heç bir görüşmə aparılmayıb. "Star TV" isə "Muhteşem Yüzyıl Kösem" serialına görə "Pusu"dan imtina edib.
 
Ekran işinin "ATV" kanalında yayımlanması isə ümumiyyətlə mümkün deyil. Çünki həmin kanalda "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialını çəkən Raci Şaşmaz və qardaşı Necati Şaşmazla arasında bir müddətdir küsülüdür.
 
İndi bütün diqqətlər "TRT 1" kanalına yönəlib. Əgər bu kanal da "Kutlar Vadisi Pusu"nu yayımlamağa razılıq verməzsə, onda serialın davam etməsi sual altına düşə bilər.