​"Kurtlar Vadisi Pusu" sevərlərinə şad xəbər — Serial bu kanalda yayımlanacaq

 
Türkiyənin ən populyar serialı sayılan "Kurtlar Vadisi Pusu" filmi yaxın günlərdə yayıma başlayacaq
 
Ölkə.Az xəbər verir ki, serial yeni mövsümdə Türkiyənin 360 TV adlı kanalında yayımlanacaq. Bir müddət əvvəl Pana film şirkətinin rəhbərliyi yeni mövsüm üçün bir neçə telekanal ilə görüşsə də, nəticə əldə edə bilməmişdi.
 
Kanallar bir seriya üçün şirkətdən tələb edilən ödəniş haqqının yüksək olduğunu dilə gətirərək, yayımdan imtina etmişdilər. Amma mediaya sızan bir xəbərə görə, Pana film rəsmiləri 360 TV kanalı ilə anlaşıblar. Müqavilənin şərtləri barədə heç bir məlumat verilməsə də, serialın yeni seriyası yaxın günlərdə "360 TV"-də yayımlanacaq.