“Kurtlar Vadisi” ilə bağlı — “Pana film”dən rəsmi açıqlama

 
 “Kurtlar Vadisi: Pusu” yaradıcı heyəti serialın yayımlanmayacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
 
“Pana film”dən verilən rəsmi açıqlamada Beyaz TV-də yayımlanan “Söylemezsem olmaz” verilişində səsləndirilən ittihamlara cavab verilib.
 
“Təxminən 13 ildir yayımlanan və tamaşaçılarının qəlbində ayrı bir yeri olan "Kurtlar Vadisi" serialının hədəf alındığı proqramda 159-ci bölümdən bir hissə yayımlanıb. Serialda istifadə olunan görüntülər İstanbul Böyükşəhər Bələdiyyəsi Anadolu Yaxası 3-cü Çekmeköy qəbiristanlığının qarşısında çəkilib. Proqram əməkdaşlarının çəkdikləri görüntülər isə Ümraniye Kocatepe Qəbiristanlığına aiddir. Verilişin yaradıcı heyəti saxta dəlildən istifadə edərək ictimaiyyəti çaşdırmağa çalışıblar. Bizləri haqsız şəkildə hədəf göstərmək üçün mətbuatın vizual gücündən sui-istifadə ediblər. Biz faktlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşırıq”,- deyə qeyd edilib.
 
Xatırladaq ki, “Söylemezsem olmaz” verilişi serialın 2012-ci ildə yayımlanan bölümünü müzakirəyə çıxarmışdı. Ekran işinin 159-cu bölümündə qəbirdaşının üstünə “Ərdoğan” yazısının oluğu məlum olub. Araşdırma zamanı Ümraniye Kocatepe Qəbiristanlığında üzərində “Ərdoğan” yazılmış məzar daşı olmayıb.
 
Bundan başqa verilişin aparıcısı Ömür Varol  “Kurtlar Vadisi: Pusu” serialının artıq efirdə yayımlanmayacağını bildirib.